Hadisə
Bakıda it sürüsü uşaqlara hücum etdi: yaralanan var
Dünən Xırdalan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına parkda həyəcanlı anlar yaşanıb.
Parkda gəzən uşaqlara it sürüsü hücum çəkib. Uşaqlardan biri yaralanıb. Hadisə şahidlərinin sözlərinə görə, parkda dincələn sakinlərin müdaxiləsi olmasaymış, bədbəxt hadisə baş verəcəkmiş.
Xəsarət alan uşaq dərhal Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona quduzluq əleyhinə dərman vurulub.
Xəstəxanadan bildirilib ki, xəsarət alan şəxs Teymur Mirzəxanlı adlı yeniyetmədir. İtlər onun ayağını dişləyib.
Qeyd edək ki, analoji hadisə Abşeron ərazisində bir neçə dəfə baş verib. Sakinlərin çoxsaylı müraciətlərinə baxmayaraq, problemin həlli istiqamətində heç bir addım atılmır. Yiyəsiz ev heyvanları əhalinin ən sıx olduğu yerlərdə sürü halında dolaşırlar. (bakupost)
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"