Avtomobillə motosikletçini vuran sürücü hadisə yerindən qaçdı
Bizi izləyin

Hadisə

Avtomobillə motosikletçini vuran sürücü hadisə yerindən qaçdı

Qubada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə şəhərin Fətəli Xan küçəsində qeydə alınıb.

Belə ki, "Hyundai Sonata" markalı avtomobil hərəkətdə olarkən, motosikletə arxadan çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb.

Motosikletin sürücüsü dəbilqədən istifadə etdiyindən yüngül xəsarətlər alıb.

Yaralı Quba Regional Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm