Azərbaycanda DƏHŞƏT: Nişanlı oğlan qəzada öldü, 7 gün sonra toyu olacaqdı - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Azərbaycanda DƏHŞƏT: Nişanlı oğlan qəzada öldü, 7 gün sonra toyu olacaqdı - FOTO/VİDEO

Video əlavə olunub.

xxx

Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Lənkəran-Lerik yolunun Qurumba kəndi ərazisində baş verib.

Belə ki, Bakı sakini, əslən Lənkərandan olan 1988-ci il təvəllüdlü Əliyev Aqil Fəxrəddin oğlunun idarə etdiyi “Mercedes” markalı 90-MP-585 dövlət qeydiyyat nişanlı avtomobil sürət həddini aşaraq yoldan çıxıb.

Yol kənarındakı rabitə dirəyini qırıb və qarşıdakı drenaj kollektoruna düşüb. Sürücü hadisə yerindəcə dünyasını dəyişib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, avqustun 1-də mərhumun toy məclisi olacaqdı.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm