Şabranda avtomobillər toqquşdu, sürücülər xəsarət aldı
Bizi izləyin

Hadisə

Şabranda avtomobillər toqquşdu, sürücülər xəsarət aldı

Şabranda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, rayon ərazisində "VAZ-2107" və "VAZ-21011" markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı hər iki avtomobilin sürücüləri, Şabran rayon sakinləri - 1990-cı il təvəllüdlü Sahib Cavanşir oğlu Nəsirov və 1994-cü il təvəllüdlü Xıdır Ramiz oğlu Həsənov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm