Daha bir nəfər "patı" ilə tutuldu - FOTO
Bizi izləyin

Hadisə

Daha bir nəfər "patı" ilə tutuldu - FOTO

Xıza sakinindən narkotik vasitə götürülüb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov bildirib.

Belə ki, Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində metamfetamin adlanan narkotik tərkibli maddəni üzərində gəzdirməkdə şübhəli bilinən rayonun Giləzi qəsəbə sakini Nurlan Muxtarov saxlanılıb.

Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən Nurlan Muxtarovun üzərinə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin maddəsi aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm