Ağsuda ağır qəza: ÖLƏN VAR - FOTO
Bizi izləyin

Hadisə

Ağsuda ağır qəza: ÖLƏN VAR - FOTO

Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün saat 19 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Muradlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Ərabsarvan kənd sakini 1992-ci il təvəllüdlü sürücü Elçin Namiq oğlu Bağırov idarə etdiyi “LADA-21010” markalı minik maşını ilə Kürdəmir istiqamətində hərəkətdə olarkən qəflətən qarşısına iribuynuzlu heyvan çıxıb. Sürücü idarəetməni itirib və yolun kənarında oturaq vəziyyətdə olan Muradlı kənd sakini 1965-ci il təvəllüdlü Asif Əhməd Oğlu Mənəfovun üstünə çıxıb. A.Manafov hadisə yerində dünyasını dəyişib. Cəsəd müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm