Hadisə
İdmançı jurnalisti hədələdi: Nazirə müraciət ediləcək
“Olimpus Park” şirkətinin rəhbəri Rafael Qarayevin dayısı oğlu, idmançı Vüqar Fərəcli “Yeni Müsavat”ın jurnalisti İlkin Muradovu hədələyib.
Publika.az xəbər verir ki, buna səbəb kimi V.Fərəcli jurnalistin “yoxlanılmamış materiallar” dərc etdiyini bildirib.
Vüqar Fərəcli hədə-qorxu gələrək sosial şəbəkə hesabında vaxtı ilə mərhum jurnalist Rasim Əliyevə vurulan yumruqlardan İlkin Muradova da vurmaq lazım olduğunu qeyd edib. Şirkətin rəhbəri olan Rafael Qarayevin ətrafında olan xeyli sayda idmançı var ki, onların çoxu da bu şirkətdə çalışır. Onlardan biri də Vüqar Fərəclidir.
Jurnalist İlkin Muradov məsələ ilə bağlı artıq “Yeni Müsavat” Media Qrupunun rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunacağını bildirib. Onun sözlərinə görə, artıq neçənci dəfədir ki, “Olimpus Park” şirkətinin rəhbərliyinin həm vətəndaşlara, həm də jurnalistlərə qarşı kobud davranış nümayiş etdirdiyinin, hədə-qorxu gəldiyinin şahidi oluruq.
“Əgər əvvəllər şirkət rəhbərliyi hadisə yerində vətəndaşlarla əlbəyaxa davaya çıxırdılarsa, indi də virtual olaraq jurnalistlərə, sakinlərə hədə-qorxu gəlməyə başlayıb. Hesab edirəm ki, artıq məsələni hüquq müstəvisinə çıxartdıqdan sonra bu, onların edə biləcəyi son addım olacaq”, - jurnalist deyib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ailə məsələləri sizə əlavə xoşbəxtlik gətirəcək
-
Hadisə8 Oktyabr 23:48Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO
-
İKT8 Oktyabr 23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
-
Avropa8 Oktyabr 22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB8 Oktyabr 21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman8 Oktyabr 21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 8 Oktyabr 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO
-
Magazin18 Oktyabr 20:00"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - VİDEO




































