Hadisə
Bakıdakı dəhşətli yol qəzası ilə bağlı YENİ FAKTLAR – Sürücü bu universitetin tələbəsidir
Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarında hava limanı yolunun Mərdəkan istiqamətində hərəkətdə olan yük avtomobili aeroport yolunda 171 nömrəli sərnişin avtobusuna çırpılıb. Baş verən hadisə nəticəsində 5 nəfər həyatını itirib, 25 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb ki, yaralılardan bəzilərinin vəziyyəti çox ağırdır.
Publika.az-ın əldə etdiyi məlumata görə, sərnişin avtobusuna çırpılan “Mercedes” markalı, 99 DH 343 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Qobustan rayonunun Ərəbşalbaş kəndindən olan 2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğlu Bakı Mühəndislik Universitetinin (keçmiş “Qafqaz”) tələbəsidir. 3-cü kurs tələsəbi olan Mahmud gecə saatlarında yaşadığı kənddən yola çıxaraq Bakı şəhərinin Buzovna qəsəbəsinə quru ot gətirirmiş. Belə ki, onun qardaşları Buzovna qəsəbəsində yaşayırlar və iribuynuzlu heyvan saxlayırlar. Bu səbəbdən də o, gecə saatlarında qardaşlarının təsərrüfatı üçün yük gətirib.
Hadisədən dərhal sonra polis tərəfindən saxlanılan Mahmud ilkin ifadəsində gecə yol gəldiyini və bir anlıq yuxuladığını deyib.
Həmçinin məlum olub ki, hadisəni törədən 19 yaşlı oğlan körpə olarkən anasını itirib. Onu və 2 qardaşını məktəbdə idman müəllimi işləyən atası böyüdüb. Ailə kənddə müsbət xarakterizə olunur.
Qeyd edək ki, Mahmud Əzizov hadisədən sonra saxlanılıb və məhkəmə onun həbs edilməsinə qərar verib. Fakta görə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə iş açılıb.
Muxtar
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp

























.jpg)
.jpg)





