Eldar Həsənov xəstəxanaya yerləşdirildi
Bizi izləyin

Hadisə

Eldar Həsənov xəstəxanaya yerləşdirildi

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun səhhətinin son 20 gündə kəskin pisləşməsi səbəbindən bu həftə keçirilməsi planlaşdırılan 2 məhkəmə iclası təxirə salınıb.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə keçmiş diplomatın vəkili Valeh Mehralıyev məlumat verib.

Onun sözlərinə görə, Eldar Həsənov bu gün son 4 ayda üçüncü dəfə DTX-nın hərbi tibb hospitalına yerləşdirilib. Vəkil qeyd edib ki, 67 yaşlı Eldar Həsənov bir neçə ağır xəstəliklərlə yanaşı, artıq hipertoniyadan da əziyyət çəkir: "Qətimkan tədbirinin dəyişdirilməsi üçün verdiyimiz vəsatətlərlə bağlı ümidlərimizi hələ də itirməmişik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm