Hadisə
Vəzifəli şəxslər barəsindəki cinayət işi məhkəməyə göndərildi
Azərbaycanda vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Publika.az-a Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, 2020-ci ilin dekanr ayının 20-də Sabirabad rayonu ərazisində yerləşən pambıq emalı sexində Qürbət İsayevin iş zamanı ağır dərəcəli bədən xəsarəti alması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla müəyyən edilib ki, “MKT İstehsalat Kommersiya” MMC-nin Sabirabad filialının direktoru Ramil Əsədov, həmin filialın sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssisi Ehtiram Xancanov, xam pambığın qəbulu və emalı şöbəsinin baş mühəndisi Zakir Haqverdiyev və həmin şöbənin mexaniki Eynulla Sadıqov tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması səbəbindən filialın operatoru Qürbət İsayevin sağ əlinin qurğunun içərisinə doğru dartılması nəticəsində sonuncu ağır dərəcəli bədən xəsarəti alıb.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Ramil Əsədov, Ehtiram Xancanov, Zakir Haqverdiyev və Eynulla Sadıqova Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə yekun ittiham elan edilməklə cinayət işi baxılması üçün rayon məhkəməsinə göndərilib.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər