Güclü külək İstanbul-Bakı təyyarəsində HƏYƏCAN YAŞATDI - ANBAAN VİDEO
Bizi izləyin

Hadisə

Güclü külək İstanbul-Bakı təyyarəsində HƏYƏCAN YAŞATDI - ANBAAN VİDEO

Bakıda müşahidə edilən əlverişsiz hava şəraiti bir sıra fəsadlarla yanaşı hava nəqliyyatında da problemlər yaradıb.

Publika.az xəbər verir ki, axşam saatlarında başlayan və gecəyə doğru sürətini artıran güclü külək İstanbuldan Bakıya uçan Türk Hava Yollarına məxsus təyyarənin hava limanına enməsinə mane olub.

Təxminən bir saat havada gözləyən təyyarə nəhayət eniş üçün imkan tapıb və salamat şəkildə Heydər Əliyev adına Hava Limanına düşüb.

Həmin görüntüləri təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm