Şəhidin ildönümü günü evində GÜCLÜ PARTLAYIŞ: yaralılar var - FOTO
Bizi izləyin

Hadisə

Şəhidin ildönümü günü evində GÜCLÜ PARTLAYIŞ: yaralılar var - FOTO

Gəncə şəhərində yaşayan Vətən müharibəsi şəhidi Elməddin Namazovun vaxtı ilə yaşadığı mənzildə partlayış baş verib. Hadisə şəhidin ildönümündə Yeni İrəvan qəsəbəsində qeydə alınıb.

Bu barədə Publika.az-ın yerli bürosuna şəhidin anası Fazilə Namazova məlumat verib.

Qadının sözlərinə görə, hadisə nəticəsində qızları Xatun və Təhminə Namazovalar müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Hazırda vəziyyətləri normaldır. Dedilər hadisə hamamdakı qızdırıcı cihazdan baş verib. Hamam dağılıb, məişət əşyalarım yararsız hala düşüb", - deyə F. Namazova bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm