Azərbaycanda dəhşətli hadisə - Ata, qızı və daha bir qadın öldü
Bizi izləyin

Hadisə

Azərbaycanda dəhşətli hadisə - Ata, qızı və daha bir qadın öldü

Şəmkirdə baş verən ağır yol qəzasında ölənlərin və xəsarət alanların kimliyi məlum olub.

Şəmkir rayon Qasımalılar kəndi ərazisində 2 avtomobilin toqquşması nəticəsində Bayram Həsən oğlu Gözəlov, onun qızı, Aliyə Bayram qızı Gözəlova və daha bir qadın dünyasını dəyişib.

Avtomobil qəzasında ailənin digər üzvləri, Yasin Bayram oğlu Gözəlov, Hüseyn Bayram oğlu Gözəlov və uşaqların nənəsi, Hicran Camal qızı Əliyeva ağır xəsarətlər alıb. Hadisə zamanı həmçinin daha bir nəfər, Elməddin Orucəli oğlu Zeynalov da müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

xxx

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Hadisə Şəmkir-Gədəbəy yolunun rayonun Qasımalılar kəndində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobil toqquşub. Nəticədə ölən və xəsarət alanlar var.

Hadisə yerinə 5 təcili tibbi yardım avtomobili və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm