Hadisə
ABŞ-da həlak olan azərbaycanlının meyiti Bakıya gətirildi
ABŞ-ın Cənubi Karolina ştatında ağır avtomobil qəzası nəticəsində vəfat edən Azərbaycan vətəndaşı Aydın Adil oğlu Məmmədovun nəşi vətənə gətirilib.
Yol-nəqliyyat hadisəsi noyabrın 9-da baş verib.
Amerika-Azərbaycan Dostluq Təşkilatının sədri Adika İqbal bildirib ki, hadisə zamanı dünyasını dəyişən soydaşımızın cənazəsinin dəfn olunması üçün Bakıya göndərilməsi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə mümkün olub.
“Mərhumun valideynlərinin hadisədən xəbəri olmadığından, bu barədə məlumatı sosial şəbəkədə paylaşmadıq. Onun ABŞ-da yaşamayan valideynlərinin və yaxınlarının maddi imkanlarının məhdud olması səbəbindən Diasporla İş üzrə Dövlət Komitəsi öz dəstəyini əsirgəmədi. Bu məsələdə göstərdikləri həssas münasibətə və köməyə görə Dövlət Komitəsinə, səfirliyə və soydaşlarımıza minnətdarlığımı bildirirəm”, - diaspor təşkilatının sədri əlavə edib.(Report)
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






.jpg)
.jpg)



.png)


























