Hadisə
FHN-in alpinistləri üçün avstriyalı mütəxəssislərin iştirakı ilə təlim keçirilir - FOTO
Dekabrın 11-19-da Fövqəladə Hallar Nazirliyi (FHN) və Avstriyanın Daxili İşlər Nazirliyinin qarşılıqlı əməkdaşlığı çərçivəsində Qusar rayonunda dağ alpinizmi və qar uçqunlarında axtarış-xilasetmə üzrə təlim keçirilir.
Publika.az FHN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, təlim FHN-in xilasedicilərinin mürəkkəb relyefli və çətin iqlim şəraitində, eləcə də qar uçqunları zamanı yaranmış vəziyyətin qiymətləndirilməsi, axtarış-xilasetmə, zərərçəkmişlərin təxliyəsi və onlara ilkin yardımın göstərilməsi üzrə bilik və bacarıqlarının artırılması, habelə müasir texnika və avadanlıqlardan istifadə üzrə peşəkar vərdişlərinin gücləndirilməsi, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə təşkil olunub.
Təlimə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal Regional Mərkəzi və Naxçıvan Muxtar Respublikasının FHn-in müvafiq şəxsi heyəti və xüsusi texnikası, təlim görmüş itlər cəlb edilib.
Təlim nəzəri və praktiki hissədən ibarət olmaqla keçirilir.
Təlimin gedişində avstriyalı mütəxəssislər tərəfindən şəxsi heyətə Fövqəladə Hallar Nazirliyinin yeni aldığı qar uçqunları zamanı istifadə olunan müasir axtarış-xilasetmə texnika və avadanlıqları, onların taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları, qar uçqunu altında qalan zərərçəkmişlərin xilas edilməsi və təxliyəsi, müvafiq təhlükəsizlik qaydaları üzrə nəzəri məşgələlər keçirilib.
Təlimin praktiki hissəsində avstriyalı mütəxəssislərin təlimatları əsasında xilasedicilər mürrəkkəb relyefli dağlıq ərazilərdə əlverişsiz hava şəraitində axtarış-xilasetmə işlərinin təşkili, qar uçqunu altında qalmış zərərçəkmişlərin xilasetmə avadanlıqlarından istifadə etməklə axtarışı, xilas olunması, ilkin yardımın göstərilməsi üzrə praktiki tapşırıqlar yerinə yetirirlər.
Təlimdən sonra FHN-in xilasedicilərinə Avstriya Daxili İşlər Nazirliyinin müvafiq sertifikatları təqdim olunacaq.
Qeyd edək ki, bu tədbir iki nazirlik arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilən sayca beşinci təlimdir.
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var










.png)















.jpg)
.jpg)





