Hadisə
Bakıda oğrular ələ keçdi - VİDEO
Binəqədi rayonunda müxtəlif ünvanlarda quraşdırılan 22 ədəd su sayğacını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Publika.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binəqədi qəsəbəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Şəhriyar Mollayı tutularaq istintaqa təqdim edilib.
Həmin şəxs ifadəsində oğurladığı sayğacları hissələrə ayıraraq metal qəbulu məntəqələrinə satdığını bildirib. Oğurlanan sayğaclardan bir qismi saxlanılan şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı Binəqədi qəsəbəsində dövlət əmlakı olan neft kəmərlərindən ümumilikdə 600 metr uzunluğunda metal boru və elektrik naqili xəttini oğurlanmaqda şübhəli bilinən şəxs də saxlanılıb. Əməliyyat zamanı əvvəllər məhkum edilmiş Elmar Abbasov tutularaq istintaqa təqdim edilib. Həmin şəxs ifadəsində etdiyi oğurluqları etiraf edib və metal boruları satdığını bildirib.
Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Şəhriyar Mollayı və Elmar Abbasov barəsində həbs qətimkan tədbirləri seçilib. Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam edirilir.
-
Hadisə15:18
Azərbaycanda şagird dərs zamanı vəfat etdi
-
Ekologiya13:58
Qorxulu xəbərdarlıq: 7,5 bal gücündə zəlzələ olacaq, 4 milyon insan...
-
Sosial13:20
“Məşhur restoranların sahibi pulumu vermir” - VİDEO
-
MDB12:18
Bu gündən qüvvəyə mindi: Rusiyada miqrantların “qara günləri” başladı
-
İdman12:06
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu - EKSKLÜZİV
-
İdman11:12
Lalə Maldivdən elə FOTOLAR paylaşdı ki...
-
Elm və təhsil10:45
Nazir onlara yüksək vəzifə verdi - FOTO
-
Region10:18
Paşinyandan etiraf: Nə qədər müstəqil, təhlükəsiz olacağımız bundan asılıdır