Bakının mərkəzində 3 nəfərin meyiti tapıldı
Bizi izləyin

Hadisə

Bakının mərkəzində 3 nəfərin meyiti tapıldı

Dünən Bakının mərkəzində müxtəlif ünvanlardan 3 nəfərin meyiti tapılıb.

Publika.az xəbər verir ki, hadisələrin hamısı paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Belə ki, dünən saat 13 radələrində 1974-cü il təvəllüdlü F.Abbasovun meyiti yaşadığı Novruzov Qardaşları küçəsindəki evdən tapılıb.

1968-ci il təvəllüdlü T.Əhmədovun meyiti isə Salatın Əsgərova küçəsində səkidə aşkarlanıb. Onun səfil həyat tərzi sürməsi və küçədə gecələməsi məlum olub.

Bundan başqa dünən saat 20 radələrində 1932-ci il təvəllüdlü S.Medvedyevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Bülbül prospekti ev 21 ünvanındakı mənzilində tapılıb.

Qeydə alınmış faktlarla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm