Türk olduğuna görə bıçaqlandı
Bizi izləyin

Hadisə

Türk olduğuna görə bıçaqlandı

Birləşmiş Ştatların Nyu-York şəhərində 24 yaşlı Türkiyə vətəndaşı bıçaqlanıb. Zərərçəkənin adı və soyadı açıqlanmır.

Publika.az">Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, cinayəti törədən şəxs əvvəlcə qarşı tərəfdən "türk olub-olmadığını" soruşub.

Cinayətkar "Türklərdən nifrət edirəm" deyərək Türkiyə vətəndaşının sinəsindən bıçaq zərbəsi endirib. O, daha sonra hadisə yerindən qaçıb.

Nyu-York polisi hadisəni törədən şəxsin yerini deyənə 3500 dollar mükafat təyin edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm