Hadisə
Rafət Qəniyevlə bağlı daha bir AÇIQLAMA
Ötən ilin noyabr ayının 25-də Sabirabad rayon prokurorluğuna rayonun Bulduq kəndi ərazisində yolun kənarında yanmış avtomobildə insan sümükləri qalıqlarının aşkar edilməsi barədə məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, Sabirabad-Qaragüney yolunda yanmış vəziyyətdə olan avtomobil 1980-ci il təvəllüdlü Rafət Qəniyevə məxsus olub.
Avtomobildən aşkar edilmiş sümüklərin Rafət Qəniyevə məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibbi kriminalistik və məhkəmə genetik ekspertizası təyin edilib.
Aparılmış çoxsaylı araşdırma tədbirləri ilə Rafət Qəniyevin ölmədiyi, direktoru olduğu “Caspian İnşaat MB” MTK-ya məxsus Bakı şəhərində yerləşən binanın mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət məsuliyyətindən yayınmaq məqsədilə qəsdən yandıraraq içərisinə mənşəyi bilinməyən heyvan sümüyü atmaqla yanıb ölməsi görüntüsünü yaratması müəyyən edilib.
Sabirabad rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılmış tədbirlərlə Rafət Qəniyevin olduğu yer müəyyən edilərək saxlanılıb.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.
-
Avropa03:13
Daha iki ölkə arasında VƏZİYYƏT GƏRGİNLƏŞDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək
-
Sosial10 Oktyabr 23:48
Ali məktəbi yüksək nəticə ilə bitirən gənc QƏFİL ÖLDÜ
-
ABŞ10 Oktyabr 23:24
Məşhur ailənin ən yaşlı üzvü VƏFAT ETDİ - FOTO
-
Magazin110 Oktyabr 23:12
Aygün Kazımovanın bu geyimi görün neçəyədir - FOTO
-
Səhiyyə10 Oktyabr 22:36
Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR
-
İdman10 Oktyabr 22:24
Azərbaycanda televiziya kanalına o rəhbərlik edəcək - FOTO/TƏYİNAT
-
Avropa10 Oktyabr 21:15
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı belə QƏRAR VERDİ