Rüşvət tələb edən müəllim işdən çıxarıldı
Bizi izləyin

Hadisə

Rüşvət tələb edən müəllim işdən çıxarıldı

Bakı Dövlət Univeristetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova işdən çıxarılıb.

Publika.azxəbər verir ki, bu barədə BDU-dan məlumat verilib.

Bildirilib ki, müəllimin əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Sədaqət Əhmədovanın tələbələrdən rüşvət tələb etməsi iddia olunan səs yazısı yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm