Hadisə
DTX müraciət etdi, özəl klinika 20 min manat cərimələndi
Gəncədə qeyri-qanunu fəaliyyət göstərən özəl klinika cərimələnib.
Publika.az xəbər verir ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) Səhiyyə Nazirliyinə Gəncə şəhəri, Atatürk prospekti 264 ünvanında yerləşən “Ankara Medik Lab” klinikasının lisenziyasız fəaliyyət göstərməsinə dair müraciət daxil olub.
Nazirliyin Tibbi Nəzarət şöbəsinin klinikada apardığı plandankənar yoxlamalar zamanı tibb müəssisəsinin həqiqətən lisenziya olmadan fəaliyyət göstərməsi aşkar edilib. Bundan sonra klinikanın rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinin 210-cu (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə protokol tərtib edilib. Protokol daha sonra Gəncə şəhər Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə klinika 20 min manat cərimə edilib.
(Qafqazinfo)
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
Magazin106:46Xoşqədəm Hidayətqızı kafedə gözlənilməz vəziyyətlə üzləşdi: "Biabırçılıqdır"
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər

































