Hadisə
FHN-dən Nəsimidə baş verən yanğınla bağlı açıqlama

Məlumat verildiyi kimi, dünən gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, 75 ünvanında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.
Yanğın nəticəsində bir-birinə bitişik tikilən ümumi sahəsi 1800m² olan evlərdən ümumi sahəsi 50m² olan ikimərtəbəli ikiotaqlı evin 2-ci mərtəbəsində 1 otağın və mətbəxin yanar konstruksiyaları 25m², dam örtüyü 120m² sahədə və 1-ci mərtəbədə ümumi sahəsi 25m² olan ikiotaqlı evin mətbəxinin tavanı 4m² sahədə yanıb. Yanğın zamanı bir nəfər vətəndaş tüstüdən yüngül zəhərlənib.
Yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində evlərin qalan hissəsi yanğından mühafizə olunub, habelə alovun bitişik digər evlərə keçməsinə imkan verilməyib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

-
Art02:12
"Titanik"dən sonra tarixin ən çox qazandıran FİLMİ
-
Region01:11
İranda on minlərlə məhbus əfv edildi
-
Magazin100:45
Azərbaycanın məşhur cütlüyü evlənir
-
Qoroskop00:15
Günün ULDUZ FALI: məkrli planın qurbanı ola bilərsiniz
-
Art5 Fevral 23:31
Zeynəb Dostəliyeva VƏFAT ETDİ
-
Art5 Fevral 22:20
Xalq rəssamı Fərhad Xəlilovun oğlu VƏFAT ETDİ
-
Kriminal5 Fevral 22:13
Şəmkirdə toy QANA BOYANDI
-
Magazin25 Fevral 21:13
Ombasına silikon qoydurdu - FOTO