Hadisə
Narkotik satışı ilə məşğul olan dəstə üzvləri saxlanıldı
Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Rəşad Məmmədov saxlanılıb .
Şöbə əməkdaşları tərəfindən həmin şəxsin üzərinə keçirilən baxış zamanı 226 qrama yaxın heroin və 2 qrama yaxın metamfetamin aşkarlanaraq götürülüb.
Polis əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər bir əməliyyat tədbirləri zamanı rayon sakinləri Hüseyn Heydarov və Seymur Əliyev də saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı isə H.Heydarovdan 90 qramdan artıq, S.Əliyevdən 11 qramdan artıq heroin götürülüb.
Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
-
İdman22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi















.jpg)























