Hadisə
Dəm qazından zəhərlənən iki azyaşlı belə xilas edildi - VİDEO
Bakıda dəm qazından zəhərlənən iki azyaşlı xilas edilib.
Publika.az xəbər verir ki, “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində mənzildə vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində vətəndaşa məxsus mənzildə iki nəfər azyaşlı bağlı qapı arxasında qalıb və heç bir çağırışlara cavab vermirlər.
Xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlardan istifadə etməklə giriş qapısı açılaraq mənzilə daxil olunub. Mənzilə baxış keçirilərkən iki azyaşlının huşsuz vəziyyətdə köməyə ehtiyacının yaranması müəyyən edilib.
Xilasedicilər tərəfindən dərhal ilkin yardım göstərilərək azyaşlılar həyati təhlükəli vəziyyətdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
İlkin ehtimala görə hadisəyə səbəb dəm qazı zəhərlənməsi olub.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi