Hadisə
Gomezi öldürüldü - Terror törədib, adam oğurlayırmış
Venesuelanın daxili işlər naziri bildirib ki, məşhur narkotik şəbəkəsinə rəhbərlik etməkdə ittiham olunan şəxs səlahiyyətlilər tərəfindən öldürülüb.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, "El Conejo" və ya "Dovşan" kimi tanınan Karlos Enrike Gomez Rodrigez bir sıra cinayətlərə görə axtarışda olub. Polislər keçən ay onun harada olduğu ilə bağlı məlumat verilməsi üçün 1 milyon dollar təklif ediblər.
Daxili işlər naziri Remigio Keballos dövlət televiziyasında deyib ki, Gomez Sucre əyalətinin İrapa şəhərində öldürülüb: "Aylardır onu izləyirdik".
Gomez mərkəzi Araqua əyalətində narkotik və silah alveri ilə məşğul olan dəstəyə rəhbərlik etməkdə ittiham olunur və terror, qəsb, adam oğurluğu və adam öldürmə ittihamları ilə axtarışda idi.
Hakimiyyət bildirir ki, Gomezin dəstəsi bu yaxınlarda Araquada polisə və Milli Qvardiyaya hücum edib.
Ayşən
-
İdman22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
















.jpg)






















