Hadisə
Lənkəranda çimərlikdə mina aşkarlandı

Lənkəranda Xəzər dənizinin sahilində mina tapılıb.
Publika.az "Report"a istinadən xəbər verir ki, mina sahil zolağında, çimərlik ərazisində aşkar olunub.
Əraziyə mütəxəssislər cəlb edilib. İnsanlar təxliyə edilməklə təhlükəsizlik tədbirləri görülüb və mina zərərsizləşdirilib.
Qeyd edək ki, ərazidə vaxtilə sovet ordusuna aid hərbi hissə yerləşib. Dənizdə su səviyyəsi artdıqdan sonra ərazi su altında qalıb. Artıq bir neçə ildir ki, bu ərazilər quruduqca minalar aşkar edilərək müvafiq qurumların əməkdaşları tərəfindən zərərsizləşdirilir.

-
Sosial21:48
Bu gün şəhid olan hərbçimizin FOTOLARI
-
Sosial21:36
Sumqayıtda toy YASA ÇEVRİLDİ - VİDEO
-
Magazin221:24
"Dünyanın ən gözəl müsəlman qadını" o seçildi - VİDEO
-
Qarabağ 20:48
Ağdərədən yeni görüntülər yayıldı - VİDEO
-
Sosial20:30
Qənirə Paşayevanın məzarı - FOTO
-
Avto20:24
"Apple"in iddialı layihəsi DALANA DİRƏNDİ
-
Sosial19:48
Artıq nisyə mal ala bilməyəcəyik? - ARAŞDIRMA
-
İdman19:18
Ayxan Abbasovdan ETİRAF: "Təzyiqin qarşısında tab gətirə bilmirdik"