“Bakubus” sürücüsü məhkəmə zalında həbs edildi
Bizi izləyin

Hadisə

“Bakubus” sürücüsü məhkəmə zalında həbs edildi

Piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası törətmiş “Bakubus” sürücüsünə hökm oxunub.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin hökmü ilə kənar dairəvi yolda avtobusla qəza törətmiş 1983-cü il təvəllüdlü Namiq Hüseynova 2 il sürücülük hüququndan məhrum edilməklə 5 il 1 ay müddətinə həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş sürücü məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrın 4-ü saat 19 radələrində baş verib. N.Hüseynov idarə etdiyi və 211 saylı xətt üzrə hərəkət edən “BMC” markalı avtobusla Şamaxı rayon sakini Qardaşəli Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məlum olub ki, Q.Məmmədov “Sədərək” ticarət mərkəzində satıcı işləyirmiş və işdən Yeni Yasamalda yaşadığı evə qayıdırmış.

İnsidentdən sonra sürücü barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma-ölümlə nəticələndikdə) maddəsi ilə iş başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm