Hadisə
Arvadından bir gün sonra ÖZÜ DƏ ÖLDÜ
İyulun 3-də Digah və Mehdiabad qəsəbələri ərazisində balta ilə xəsarət yetirilən 4 nəfərdən daha biri dünyasını dəyişib.
DİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, xəsarət alanlardan 1955-ci il təvəllüdlü Hicran Sərrac oğlu Həşimov da tibbi müdaxilələrə baxmayaraq, iyulun 4-də xəstəxanada ölüb.
Qeyd edək ki, hadisə günü 1974-cü il təvəllüdlü Sərxan Həşimovun aralarında yaranmış mübahisə zamanı Digah qəsəbəsi ərazisində əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımova və əmisi qızı Xəyalə Kərimovaya, Mehdiabad qəsəbəsi ərazisində isə Ələsgər Hüseynova balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Zümrüd Haşımova isə ötən gün aldığı xəsarətlərdən xəstəxanada ölüb. Digər şəxslərin vəziyyəti ağır olmaqla müalicələri xəstəxanada davam etdirilir.
Sərxan Həşimov faktla bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 120.1 və 29, 120.2.7-ci maddələrilə (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd) şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
-
Sosial09:27Romantikadan sonrakı reallıq: Əcnəbilərlə qurulan ailələr niyə dağılır?
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı















.jpg)
















.jpg)



