İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
Bizi izləyin

Dünya

İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın

İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın

İngiltərə hökuməti vətəndaşlara təbii fəlakətlər, kiberhücumlar və mümkün təhlükəsizlik təhdidlərinə qarşı hazırlıqlı olmaq üçün evlərində ən azı üç günlük ərzaq və su ehtiyatı saxlamağı tövsiyə edib.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, hökumətin başlatdığı “Be Ready” (Hazırlıqlı ol) kampaniyasının məqsədi əhalini mümkün fövqəladə vəziyyətlərə hazırlamaqdır.

Kampaniya çərçivəsində hər bir şəxs üçün üç günə ümumilikdə 9 litr içməli su, tez xarab olmayan ərzaqlar, ilk yardım ləvazimatları, əl fənəri və s. saxlamaq tövsiyə olunub.

Vurğulanıb ki, fövqəladə vəziyyətlər zamanı elektrik, su, telefon və internet xidmətlərində fasilələr yarana, eləcə də təchizat zəncirlərində problemlər baş verə bilər.

İngiltərənin müdafiə naziri Ues Stritinq bildirib ki, ölkə təbii fəlakətlər, mürəkkəb kiberhücumlar və dövlət dəstəkli terrorizm kimi təhdidlərə qarşı daha hazırlıqlı olmalıdır. O qeyd edib ki, hökumətin məqsədi əhalini qorxutmaq deyil, insanları ayıq-sayıq olmağa və mümkün böhranlara əvvəlcədən hazırlaşmağa təşviq etməkdir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm