Nida Təhlil
Türkiyəni silkələyən “188 TIR pul” qalmaqalı – Azərbaycana hücum de-şifrə oldu
Türkiyədə Azərbaycana qarşı davam edən informasiya hücumları fonunda bir məsələ diqqətdən kənarda qalır. Söhbət 188 milyard TL-nin, təxminən 18-21 milyard dolların yoxa çıxmasından gedir. Əslində Azərbaycanda “hicab qadağası” iddiası ilə bağlı süni gündəmin yaradılmasındakı məqsədlərdən birinin də məhz diqqəti yayındırmaq olduğu görünür.
Bu hadisə Türkiyədə maliyyə sistemində şəffaflığın olmamasını ortaya çıxarır. 455 mindən çox investorun sərmayəsinin yoxa çıxdığı bu qalmaq Türkiyə cəmiyyətində zəlzələ effekti yaradıb və “bu qədər böyük maliyyə maxinasiyası necə baş verib, dövlətin nəzarət mexanizmləri niyə işləməyib” sualı ətrafında geniş müzakirələrə yol açıb.
Milyardlarla dolların mənimsənilməsində üç şirkətin – TERA, Pusula və Hədəf, adları hallanır. Bu şirkətlər və 214 fiziki və hüquqi şəxsin ümumilikdə 187 milyard 653 milyon lirə qazanc əldə etdiyi müəyyənləşdirilib. Bu məbləğin təxminən 90 milyard lirəsini TERA, 79 milyard lirəsini Pusula, 18 milyard lirəsini isə Hedef fondu əldə edib.
İstintaq araşdırmasında keçmiş ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya, onun həyat yoldaşı İlyas Kaya, eləcə də AKP sədrinin müavini Hayati Yazıcının oğlu Mustafa Yazıcının adları hallanır. Bununla yanaşı, maliyyə maliyyə bazarlarına nəzarət edən dövlət qurumlarının fəaliyyəti də şübhələr doğurur.
Türkiyənin Kapital Bazarları Şurasının (SPK) sentyabrın 17-də qəbul etdiyi qərara əsasən, yeddi portfel idarəetmə şirkətinin idarə etdiyi 131 fondun ləğvi nəzərdə tutulub. Həmin fondlarda 455 mindən çox fərdi investorun vəsaitinin olduğu bildirilir. Sentyabrın 21-də isə doqquz şirkət və onların rəhbərlərinin əmlakları ilə bağlı müvafiq tədbirlər həyata keçirilib.
Fond bazarında baş verənlər, investorların vəsaitlərinin taleyi və istintaqın siyasi dairələrə qədər uzanması Türkiyədən kənarda da maraq doğurub. Araşdırmaların əsas istiqamətlərindən biri bəzi şirkətlərin səhmlərinin qiymətində müşahidə olunan kəskin artım, bu yüksəlişin şirkətlərin maliyyə göstəriciləri ilə nə dərəcədə əsaslandırılması və fondların həmin səhmlərlə apardığı əməliyyatlardır.
Məsələnin siyasi gündəmdə daha çox yer almasına müxalifət nümayəndələrinin açıqlamaları da təsir göstərib. İYİ Partiyanın Türkiyə Böyük Millət Məclisindəki deputatı Turhan Çömez oktyabrın 14-də parlamentdə çıxış edərək “188 TIR pul” ifadəsini işlədib. O, maliyyə bazarlarına nəzarət edən qurumların fəaliyyətini tənqid edib, Fatma Betül Sayan Kaya ilə bağlı iddiaları da gündəmə gətirib.
T.Çömez Kapital Bazarları Şurasının (SPK), Bankçılıq Tənzimləmə və Nəzarət Qurumunun (BDDK), Borsa İstanbulun və Maliyyə Nazirliyinin bu prosesdəki roluna dair suallar səsləndirib.
Türkiyənin ədliyyə naziri Akın Gürlek isə oktyabrın 9-da fond istintaqı ilə əlaqədar 187 milyard lirə məbləğində haqsız qazancın müəyyən edildiyini açıqlayıb.
Qalmaqal ətrafında müzakirələrdə adı çəkilən əsas siyasi fiqurlardan biri Türkiyənin keçmiş ailə və sosial siyasət naziri, AKP-nin keçmiş sədr müavini Fatma Betül Sayan Kayadır. Türkiyə mediasında yayılan məlumatlara əsasən, Kaya və həyat yoldaşı İlyas Kaya “Özata Denizcilik” şirkətinin səhmləri ilə bağlı əməliyyatlara görə istintaq çərçivəsində şübhəli qismində ifadə veriblər.
Qalmaqalda adı hallanan digər fiqurlardan biri də AKP sədrinin müavini Hayati Yazıcının oğlu Mustafa Yazıcıdır. Sentyabrın sonunda yayılan məlumatlarda istintaq çərçivəsində Mustafa Yazıcının əmlakı ilə bağlı tədbir görüldüyü bildirilib. Sonrakı mərhələdə onun ifadəsinin alınması və təqdim olunan materialların qiymətləndirilməsindən sonra həmin tədbirin ləğv edildiyi barədə məlumat yayılıb.
Bütün Türkiyə “188 TIR pul”un necə mənimsənildiyini, dövlətin nəzarət mexanizmlərinin niyə işləmədiyinin cavabını axtarır, eyni zamanda, hakimiyyət nümayəndələrinin fond fırıldağından qazanc əldə etməsini müzakirə edir. Maraqlıdır, məhz bu qalmaqalın baş verməsindən və hakimiyyətin ittiham hədəfinə çevrilməsindən dərhal sonra Türkiyədən Azərbaycana qarşı “hicab qadağası” iddiası ilə geniş informasiya kampaniyası başlandı. Bu kampaniyada həm hakimiyyət nümayəndələri, həm hakim partiyanın deputatları, həm də mediası aktiv iştirak edir.
Türkiyə prezidentinin baş müşaviri Oktay Saral Azərbaycan məktəblərində vahid geyim formasının tətbiqini “hicabın qadağan edilməsi” adlandırdı. Ardınca AKP-li deputatlar xor şəkilində müzakirələrə qoşuldu və hakimiyyətə yaxın media məsələni manipulyasiya edərək, reallıqdan uzaq iddialar irəli sürdülər. Halbuki, Türkiyənin gündəmi fond fırıldağı idi və müzakirə mövzusu da bu olmalı idi. Əvəzində “qardaş ölkədə dini dəyərlərə təzyiq” iddiası ilə radikal-mühafizəkar və dini elektorat səfərbər edildi. Əvvəlcə İstanbuldakı konsulluğumuz, ardınca Ankaradakı səfirliyimiz qarşısında etiraz aksiyası keçirildi. Bu aksiyanı təşkil edənlər “Köklü Dəyişim” və onun kimi radikal dini təşkilatlar idi. Bütün bu iddialar, etirazlar AKP-yə yaxın mediada bir nömrəli gündəmə çevrildi.
Məqsəd aydın görünür: Azərbaycanı hədəfə almaqla “188 TIR pul” qalmaqalını Türkiyə gündəmindən çıxarmaq. Bu təsdiq edir ki, Türkiyədə Azərbaycana qarşı irəli sürülən “hicab qadağası” iddiası 188 milyardlıq fond fırıldağını arxa plana keçirməyə, ictimai rəyi manipulyasiya etməyə hesablanıb.
Publika.az
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin218 Oktyabr 21:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə18 Oktyabr 17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 18 Oktyabr 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB18 Oktyabr 16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı















.jpg)




















