Azərbaycanlı çoban Ermənistana keçdi - Saxlanıldı
Bizi izləyin

Nida Xəbər

Azərbaycanlı çoban Ermənistana keçdi - Saxlanıldı

Azərbaycanlı çoban Ermənistana keçdi - Saxlanıldı

Azərbaycanlı çoban Ermənistanla sərhədi keçib və polis tərəfindən saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə “NewsTV5” məlumatt yayıb.

Veb sayt yazır: “Bizə məlumat verildi ki, o tapılıb və hazırda Berd şəhərinin hərbi polisindədir.

Müdafiə Nazirliyi hələlik şərh verməyib. Tavuş icmalarının rəhbərlərindən biri bizə bu barədə eşitdiyini, lakin dəqiq məlumata malik olmadığını bildirib və qeyd edib: "O, bizim bölgənin meşələrindən keçib".

Milli Təhlükəsizlik Xidməti də bizə hazırda belə bir məlumata malik olmadıqlarını, lakin dəqiqləşdirib hesabat verəcəklərini bildirdi. Lakin bir müddət sonra bizə yazılı sorğu təqdim etməyimizi məsləhət gördülər.

Biz həmçinin başqa bir icma lideri ilə danışdıq. O, çobanın Ayqedzor ərazisindən keçdiyini və hazırda hərbi polis tərəfindən saxlanıldığını dedi”.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm