Məşhur erməni müğənninin oğlu qardaşını və nənəsini qəddarlıqla öldürdü
Bizi izləyin

Hadisə

Məşhur erməni müğənninin oğlu qardaşını və nənəsini qəddarlıqla öldürdü

Rok müğənnisi və musiqiçi Stas Naminin (Mikoyan) oğlu Roman Mikoyan qardaşı və nənəsini qətlə yetirdiyini etiraf edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə baş idarəsinin Telegram kanalında yayımlanan şübhəlinin dindirilməsi videosunda bildirilir.

Bundan əvvəl məlumat yayılmışdı ki, Moskva vilayətinin İstrinski rayonunun Kryukovo kəndindəki fərdi yaşayış evində təqaüdçü Polina Tkaçenko və onun 30 yaşlı nəvəsi Artyom Mikoyanın bıçaq xəsarətləri ilə meyitləri aşkar edilib.

“Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin müstəntiqləri və kriminoloqları İstrada ikiqat qətldə şübhəli bilinən şəxslə işi davam etdirirlər. Dindirilmə zamanı həmin şəxs cinayəti törətdiyini etiraf edib", - məlumatda deyilir.

Videoda Naminin övladlığa götürdüyü oğlu Roman müstəntiqin “nə etdin” sualına belə cavab verib: “İki qətl – qardaşım və nənəm”.

Artyom Mikoyanın qətli xüsusi qəddarlıqla həyata keçirilib. KİV-in məlumatına görə, Roman narkotikin təsiri altında olub. Yaxınlarının ona tez-tez əxlaqi təlimlərlə təzyiq etməsi xoşuna gəlməyib və oktyabrın 18-də axşam saatlarında mübahisə yaranıb.

Roman Mikoyan “Güllər” qrupunun liderinin övladlığa götürülmüş oğludur. Stas Namin oğlan bir yaşında olanda anası Qalina ilə evlənib. Bir neçə il sonra cütlüyün Artyom adlı bir oğlu olub. Onlar 25 il birlikdə yaşayıb və 2015-ci ildə boşanıblar.

Kryukovo kəndindəki qonşuların dediklərinə görə, Polina Tkaçenko nəvəsi Romanı Stas Namin tərəfindən övladlığa götürülənə qədər praktiki olaraq tək böyüdüb. Övladlığa götürülən oğlunun musiqiçi ilə münasibəti çox pis olub, əksinə, nənəsi ilə çox isti münasibəti olub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm