269 ​​nəfərin ölümünə səbəb olan podratçı özünü belə müdafiə etdi
Bizi izləyin

Hadisə

269 ​​nəfərin ölümünə səbəb olan podratçı özünü belə müdafiə etdi

Fevralın 6-da Hatayda baş verən zəlzələlərdə çox sayda insanın məzarına çevrilən “Rönesans Residence” ilə bağlı iddianın ilk iclası keçirilib.

Publika.az xəbər verir ki, dinləmə nəticəsində saxlanılan şəxs qismində mühakimə olunan podratçı Mehmet Yaşar Coşkun, nəzarətçi Öndər Artun, bina təftiş şirkətinin məsul işçisi Mehmet Haşim Eraslan və bina təftiş şirkətinin məsul işçisi Bülent Sekiçoğlunun məhkəməsinin davam etdirilməsinə qərar verilib.

Digər tərəfdən, iş üzrə təqsirləndirilən şəxslərdən Bayram Mansuroğlunun barəsində həbs qətimkan tədbiri seçilib. Həbs olunan podratçı Mehmet Yaşar Coşkun özünü müdafiə edib: “Belə bir zəlzələdə yan üstə düşsə də, bina dağılmadı, skeleti sağlam qaldı. Bu, binanın möhkəm tikildiyinin göstəricisidir”.

Məhkəmə kollegiyası 15 mərtəbəli binanın zəlzələ qaydalarına uyğun olmadığına və onun geriyə yıxıldığını diqqətə çatdırıb.

Xatırladaq ki, “Rönesans Rezidans” adlı tikinti şirkətinin 2013-cü ildə tikdiyi 12 mərtəbədən, 250 mənzildən ibarət olan bina zəlzələdə yerlə-yeksan olub. Nəticədə 269 nəfər həyatını itirib. Bina satış zamanı “Cənnətdən bir ev” devizi altında reklam edilmişdi.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm