Özünü güllələyən əməkdaşın ifadəsi üzə çıxdı: "Boeing"lə bağlı daha bir qalmaqal
Bizi izləyin

Hadisə

Özünü güllələyən əməkdaşın ifadəsi üzə çıxdı: "Boeing"lə bağlı daha bir qalmaqal

Daha əvvəl havada olarkən təyyarənin qapısının qırılması ilə gündəmə gələn aviasiya şirkəti "Boeing" təyyarələrində yaşanan problemlərə yenisi əlavə edilib. Belə ki ölü tapılan “Boeing”in keçmiş əməkdaşı ölümündən bir müddət əvvəl açıqlama verib.

Publika.az xəbər verir ki, “Boeing”in keçmiş əməkdaşı Con Barnett iddia edib ki, şirkət 787 model sərnişin təyyarəsi istehsal etdiyi fabrikdə keyfiyyət yoxlamalarını gözardı edib.

Səlahiyyətlilər “Boeing”in 62 yaşlı keçmiş əməkdaşının ifadəsindən iki gün sonra özünü güllələdiyini bildiriblər. "Boeing" şirkəti isə Barnettin ölümündən kədərləndiyini bildirsə də, onun qaldırdığı məsələlərin qiymətləndirildiyini və həll edildiyini diqqətə çatdırıb.

Barnett BBC-yə verdiyi açıqlamada deyib ki, menecerlər təyyarələri mümkün qədər tez istehsal etmək üçün rəsmi proseslərə məhəl qoymurlar.

Barnett açıqlamasında bu iddiaları daha ətraflı izah edir.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm