Qubada ağır qəza: ölən var
Bizi izləyin

Hadisə

Qubada ağır qəza: ölən var

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Publika.az-a verilən məlumata görə, mayın 28-i axşam saatlarında Quba-Xaçmaz yolunun 10-cu kilometrliyində Quba rayon sakini, İlham Dadaşov idarə etdiyi "Hyundai" markalı avtomobillə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

İ.Dadaşov aldığı xəsarətlərdən Quba Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm