Keçmiş baş nazirin yaxın dostunun meyiti görün haradan tapıldı
Bizi izləyin

Hadisə

Keçmiş baş nazirin yaxın dostunun meyiti görün haradan tapıldı

Sankt-Peterburqun Krasnoe Selo bələdiyyə dairəsinin keçmiş rəhbəri Nikolay Koloşinskinin meyiti Finlandiya körfəzində tapılıb.

Publika.az xəbər verir ki, bu barədə “Fontanka” məlumat yayıb.

Məmurun meyiti sudan çıxarılaraq tanınması üçün yaxınlarına təhvil verilib. Digər təfərrüat hələlik məlum deyil.

Koloşinski iyunun 14-də balıq tutmağa getdikdən sonra yoxa çıxıb. Onun qayığı boş tapılıb.

Qeyd edək ki, o, Rusiyanın sabiq baş naziri Sergey Stepaşin yaxın dostu idi.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm