Xırdalanda mənzildən çürümüş meyit tapıldı
Bizi izləyin

Hadisə

Xırdalanda mənzildən çürümüş meyit tapıldı

Abşeron rayonu Xırdalan şəhərində mənzildən meyit tapılıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə iyunun 16-sı saat 16 radələrində Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 2 ünvanındakı binada baş verib.

Binanın 4 saylı mənzilində üzərində zorakılıq əlamətləri görünməyən çürüməyə məruz qalmış 70-80 yaşlı kişi meyiti tapılıb.

Qonşular həmin evdən bir müddətdir kəskin qoxunun gəldiyini bildiriblər.

Ölən şəxsin kimliyi hələlik məlum deyil.

Faktla bağlı Abşeron rayon Prokurorluğu araşdırmalar aparır.

Turqut Seyidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm