Gəncədə ağır qəza: ölən var
Bizi izləyin

Hadisə

Gəncədə ağır qəza: ölən var

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan "NIVA" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2011-ci il təvəllüdlü Əli Məmmədlini və 2009-cu il təvəllüdlü İsmayıl Məmmədovu vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib, onlardan Ə.Məmmədli xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm