Aeroport yolunda 6 avtomobil toqquşdu: xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Aeroport yolunda 6 avtomobil toqquşdu: xəsarət alanlar var

Bakıda aeroport yolunda ağır yol qəzası baş verib.

Publika.az bildirir ki, hadisə şahidlərinin Report-a verdiyi məlumata görə, qəza bu gün axşam saatlarında aeroport şosesində qeydə alınıb.

Yol qəzası zamanı 6 avtomobil toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Avtomobillərə ciddi ziyan dəyib. Yolda isə uzun tıxac yaranıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm