Bakıda yaşayış binasındakı yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Bakıda yaşayış binasındakı yanğın söndürüldü - FOTO/YENİLƏNDİ

Xətai rayonu, Əliağa Şıxlinski küçəsində baş vermiş yanğın söndürülüb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yayılaraq mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”, – FHN diqqətə çatdırıb.

xxx

18:05

Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yaşayış binasındakı yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

xxx

18:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Publika.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm