Hadisə
76 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən şəxs saxlanıldı
Polis Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən iki nəfəri saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 76 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 49 yaşlı A.Alıyev, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə şəhər sakini olan bir nəfərin 8 745 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 33 yaşlı İ.Məmmədli müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi