Netanyahudan İsrail xalqına QİSAS ÇAĞIRIŞI: "Heç bir ölkə buna imkan verməzdi"
Bizi izləyin

Yaxın Şərq

Netanyahudan İsrail xalqına QİSAS ÇAĞIRIŞI: "Heç bir ölkə buna imkan verməzdi"

İsrailin Baş naziri Benyamin Netanyahu sosial mediada vasistəsi ilə xalqa müraciət edib.

Publika.az xəbər verir ki, o, müraciətində ölkəsinin İranın hücumuna cavab vermək hüququnu və məsuliyyətini bəyan edib.

Onun sözlərinə görə, Tehran artıq iki dəfə İsrail şəhərlərini yüzlərlə raketlə vurub. Siyasətçi qeyd edib ki, dünyanın heç bir ölkəsi buna imkan verməzdi.

"İsrailin özünü müdafiə etmək və bu hücumlara cavab vermək vəzifəsi və hüququ var və biz bunu edəcəyik", - Netanyahu deyib.

Oktyabrın 1-də IDF İranın İsraili raket atəşinə tutduğunu elan edib. Media İranın bir neçə raket “dalğası” atdığını və hücumun ilk “dalğasında” ən azı 100 raketin qeydə alındığını yazıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, Tehran "Hizbullah" lideri Həsən Nəsrullah, həmçinin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və kürd qüvvələrinin komandanı Abbas Nilforuşanın öldürülməsinə cavab olaraq İsrailə hücum edib.

İsrail Müdafiə Qüvvələri (IDF) İran raketlərinin ölkənin hərbi hava qüvvələrinin iki bazasını vurduğunu etiraf edib, lakin əmin edib ki, Nevatim və Tel Nof bazalarına endirilən zərbələr İsrail hərbi hava qüvvələrinin təyyarələrinə və imkanlarına təsir etməyib. İndi hər iki baza tam fəaliyyət göstərir. IDF söz verib ki, İsrail İranın hücumuna cavab verəcək və bu, Təl-Əviv uyğun gördüyü zaman ediləcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm