Estetik əməliyyat üçün İstanbula getdi, bir neçə saat sonra öldü - FOTO
Bizi izləyin

Hadisə

Estetik əməliyyat üçün İstanbula getdi, bir neçə saat sonra öldü - FOTO

İspaniyadan İstanbula estetik əməliyyat etdirmək üçün gedən 42 yaşlı Perla Virciniya Baez Garay Şişlidəki özəl xəstəxanada keçirdiyi əməliyyatdan bir neçə saat sonra dünyasını dəyişib.

Publika.az xəbər verir ki, hadisə ilə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən araşdırma başlanıb.

İddiaya görə, iki uşaq anası plastik cərrahla razılaşaraq avqustun 5-i Şişlidəki özəl xəstəxanalardan birində müxtəlif plastik əməliyyatlar etdirib. Tənəffüs çətinliyi olan qadın reanimasiya şöbəsinə aparılsa da, edilən bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Ölümün dəqiq səbəbinin müəyyən edilməsi üçün ekspertiza aparıldıqdan sonra onun cənazəsi İspaniyaya göndərilmək üçün ailəsinə və konsulluq işçilərinə təhvil verilib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm