Hadisə
Bakı metrosuna gizli girən əcnəbilərin cəzası məlum oldu - FOTO
Bakı metrosunun deposuna gizli daxil olaraq bir neçə vaqonu rəngləyən Fransa vətəndaşı Klerk Teqo Hüqo, Yeni Zelandiya vətəndaşı De-Saint Quentin İsmaelin və Avstraliya vətəndaşı Han Paulun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Publika.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya təqsirləndirilən fransızın vəkili Elçin Sadıqov məlumat verib.
Müttəhimlərdən Klerk Teqo Hüqo həbsdə, digərləri sərbəst mühakimə edilirdi.
Onlar metro vaqonlarını rənglədiklərinə görə xuliqanlıqda və əmlakı qəsdən məhv etmə və ya zədələməkdə ittiham olunublar.
Nərimanov Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hakim Gültəkin Əsədovanın hökmü ilə Klerk Teqo Hüqoya 3 il azadlıqdan məhrumetmə cəzası verilib. Digərləri isə 6 min 800 manat cərimə cəzasına məhkum edilib. Müttəhimlərə zərərçəkmiş quruma vurulmuş ziyan da tam ödətdirilib.
Qeyd edək ki, hadisə bu ilin aprelində baş verib.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?