Hadisə
Övladlarının hər birindən 100 milyon tələb etdi: Üçü razılaşdı, biri isə...
Milyarder media maqnatı Rupert Merdok sərvətinin varisləri olan övladlarını sınaqdan keçirib və onların hər birindən 100 milyon dollar tələb edib.
Publika.az xəbər verir ki, “Fox” və “News Corp” kimi media şirkətlərinin sahibi Avstraliya əsilli amerikalı iş adamı Rupert Merdok media imperiyasının idarəçiliyini ələ keçirmək üçün bir-biri ilə vuruşan uşaqları Lachlan, Elizabeth, Prudence və Jamesdən 100 milyon dollar təzminat tələb edib.
Amerikanın “Wall Street Journal” maliyyə qəzetinin xəbərinə görə, media nəhəngi Murdokun övladlarından yalnız üçü müraciətə müsbət cavab verib. Lachlan, Elizabeth və Prudens atalarına hörmət əlaməti olaraq 100 milyon dollar ödəməyə razılaşıb. İş və siyasi məsələlərdə atası ilə tez-tez mübahisə edən Ceyms bu ödənişi etməkdən imtina edib.
ABŞ mətbuatında çıxan xəbərlərə görə, 93 yaşlı Rupert Merdok ailədəki böhrandan sonra varisliyi ilə bağlı ailə biznesi müqaviləsini dəyişmək qərarına gəlib. Ölümündən sonra Merdok iki şirkətinin böyük oğlu Lachlanın nəzarəti altında qalmasına üstünlük verdiyini açıqlayıb. Bununla bağlı sənədlər məhkəməyə göndərilib.
Aysel Şahmar
-
Dünya01:55
Ukrayna Rusiyanın 400 "Şahed" PUA-sını saxladığı bazaya hücum etdi
-
Hadisə01:35
Qəzada ölən polis zabitinin FOTOSU
-
Qoroskop00:35
Günün qoroskopu: gözəl fürsətlər yaranacaq
-
Hadisə9 Oktyabr 22:44
Azərbaycanda polis zabiti faciəli şəkildə öldü
-
Dünya9 Oktyabr 22:32
“İrana cavabımız ölümcül olacaq” - İsrail
-
Magazin19 Oktyabr 20:35
Azərbaycanlı aktyorun toyundan görüntülər - VİDEO
-
Nəqliyyat9 Oktyabr 20:15
Taksilərlə bağlı yeni QADAĞA: Bu maşınların istifadəsi dayandırıldı
-
Hadisə9 Oktyabr 19:55
Bakıda intihar edən şəxs müəllim imiş - FOTO