Polislər əlil kişini küçənin ortasında döydü
Bizi izləyin

Hadisə

Polislər əlil kişini küçənin ortasında döydü

Fransada bir qrup polis əlil arabası istifadəçisini döyüb.

Publika.az xəbər verir ki, bu barədə "Actu17" məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları sentyabrın 27-də Papeetenin əlverişsiz ərazilərindən birində kişiyə hücum ediblər. Məlumat sosial şəbəkələrdə qəzəb doğurub və Fransa Ali Komissarının diqqətini çəkib. Ali komissar vurğulayıb ki, polisin bu cür davranışına dövlət sərt reaksiya verməlidir.

Görüntülərdə dörd polis əməkdaşının əlil arabasında olan kişini mühasirəyə alması əks olunub. Polislərdən biri onu yerə yıxıb, sonra isə əlil ayağa qalxmaq istəyəndə onun üzünə vurub. Qurban yenə yıxılıb, müqavimət göstərə bilməyib və müqavimət göstərməyə çalışmayıb.

Hücumda iştirak edən polis məmurları tez bir zamanda müəyyən edilib, vəzifələrindən uzaqlaşdırılıb və saxlanılıb.

Prokuror qeyd edib ki, nə olursa olsun, bu cür hərəkətlərə haqq qazandırmaq olmaz.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm