Vidadi İsgəndərli bıçaqlandı - SON DƏQİQƏ
Bizi izləyin

Hadisə

Vidadi İsgəndərli bıçaqlandı - SON DƏQİQƏ

Fransada mühacir həyatı yaşayan Vidadi İsgəndərli bıçaqlanıb.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Qənimət Zahid sosial şəbəkə hesabında məlumat yayıb.

Jurnalist aşağıdakıları bildirib:

"Fransada, Mülyuz (Mulhouse) şəhərində yaşayan Vidadi İsgəndərli bu gün səhər saatlarında naməlum adamların hücumuna məruz qalıb. Hücum edənlər səhər saat 7:30 radələrində onun yaşadığı evin pəncərəsini qıraraq içəri giriblər və Vidadi İsgəndərliyə çoxsaylı bıçaq zərbələri vurublar.

V. İsgəndərli indi reanimasiyadadır, durumu ağır olaraq qiymətləndirilir”.(Yenisabah.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm