Hadisə
Rusiyada həbsdə olan ukraynalı jurnalist öldü
Ukraynanın “Hromadske” nəşrinin jurnalisti və “Ukrayinska pravda”nın ştatdankənar əməkdaşı Viktoriya Roşçina Rusiyada həbsdə dünyasını dəyişib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər veri ki, Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Dmitri Lubinets bildirib ki, onun ölümünün təsdiqini Rusiya tərəfdən alıb.
“Rusiya tərəfindən qanunsuz olaraq azadlığından məhrum edilmiş ukraynalı jurnalist Viktoriya Roşçinanın ölümü ilə bağlı Rusiya tərəfdən rəsmi sənədli təsdiqim var. Viktoriyanın ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verirəm”, - Lubinets yazıb.
Ombudsmanın sözlərinə görə, jurnalist 2023-cü ilin avqustunda Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində itkin düşüb. Ukrayna mediası bundan əvvəl onun işğal olunmuş ərazilərdə reportaj hazırladığını yazmışdı. Həmin ilin sentyabrında onun qohumları axtarış elan edib.
2024-cü ilin mayında Rusiya hakimiyyəti jurnalistin saxlanıldığını və Rusiya ərazisində olduğunu ilk dəfə etiraf edib. Rusiya Müdafiə Nazirliyi onun atası Vladimir Roşçinə təsdiq məktubu göndərib. Lubinets bildirib ki, Roşçinanın saxlanmasını Beynəlxalq Qızıl Xaç Komitəsi də təsdiqləyib.
Rusiyada əsirlikdə olan gənc qadının niyə öldüyü məlum deyil.
“Mən BMT-yə və BQXK-ya Rusiya Federasiyası tərəfindən qanunsuz olaraq həbs edilmiş mülki şəxsin ölüm faktının qeydə alınması üçün məlumat vermişəm”, - ombudsman əlavə edib.
Adəm
-
ABŞ10:45
Trampın oğlu Zelenskini ələ saldı: 38 gününüz qaldı
-
Sosial10:05
Xəzərdə görünən nəhəng heyvanın ilk görüntüsü - Video
-
Hadisə09:48
Goranboyda minaya düşən hərbçimizlə bağlı YENİ XƏBƏR
-
İdman09:24
Qurban Qurbanov bu klubun təklifindən niyə İMTİNA ETDİ?
-
Sağlamlıq08:36
Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
-
Sosial07:47
Azərbaycanda vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
-
Ekologiya07:17
Qar yağacaq, dolu düşəcək - PROQNOZ
-
Magazin106:46
Çinarə viral olan rəqsi təkrarladı - VİDEO