Hadisə
Cəlilabadda toy maşını qəzaya uğradı - ÖLƏN VAR
Cəlilabadda toy maşınının qəzaya uğraması nəticəsində yaralanan şəxs xəstəxanada ölüb.
Publika.az "Report"a istinadla xəbər verir ki, 1951-ci il təvəllüdlü Əzizağa Əhmədxan oğlu Xudiyev həkimlərin səyinə baxmayaraq, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə bu gün Cəlilabad şəhəri H.Əliyev prospektində qeydə alınıb. Belə ki, bəy maşını olan "BMW" markalı minik avtomobili "VAZ-21015" markalı minik avtomobillə toqquşub. Qəza nəticəsində "VAZ-21015"in sərnişini, ağır xəsarət alan 1951-ci il təvəllüdlü Əzizağa Əhmədxan oğlu Xudiyev maşında sıxılı vəziyyətdə qalıb. O, FHN-in Cəlilabad Rayon Hissəsinin xilasediciləri tərəfindən xilas edilərək, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
-
Region14:40
Paşinyan 9 noyabr bəyanatını imzalaması haqda: Heç kimin fikri məni...
-
Rəsmi xronika13:55
İlham Əliyev Efiopiya prezidenti ilə görüşdü
-
Ekologiya13:10
Sabah hava çiskinli olacaq - PROQNOZ
-
Rəsmi xronika12:44
İlham Əliyev Məhəmməd Yunus ilə görüşdü - YENİLƏNDİ
-
Nida Xəbər 11:52
Ərdoğan ilə Bakıya gələn jurnalistə görün nə hədiyyə etdilər - FOTO
-
Dünya11:04
Qaçış planı: Trampdan qorxan şahzadə Harri və Meqan Markl bu ölkədə EV ALDILAR
-
ABŞ10:52
Pentaqonda misli görünməmiş silkələnmə: Tramp onları qovacaq - SİYAHI HAZIRLANIR
-
Rəsmi xronika10:13
FİFA prezidenti İlham Əliyevə təşəkkür etdi