Hadisə
3 vəkilə töhmət verildi
Yol verdikləri intizam pozuntularına görə 3 vəkilə xəbərdarlıq edilib, 3 vəkilə töhmət verilib.
Publika.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının yaydığı məlumatda deyilir.
Bildirilib ki, Rəyasət Heyətinin iclasında vəkilliyə qəbulla bağlı ixtisas imtahanından müvəffəqiyyət qazanan, icbari təlimi uğurla başa vuran, dövlət qulluğunda olduğuna görə 6 ay müddətində möhlət alaraq andiçmə mərasiminə gəlməyən namizədlərə qaydalara uyğun olaraq imtahan nəticələri ləğv ediləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Eyni zamanda iclasda vəkil köməkçilərinin vəkilliyə qəbulla bağlı ixtisas imtahanında iştirak üçün nəzərdə tutulan ödənişdə güzəşt olunması məsələsinə baxılıb və müsbət qərar çıxarılıb.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilə xəbərdarlıq edilib, 3 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti 3 ay müddətinə dayandırılıb, habelə 2 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarılıb.
-
ABŞ02:19
Baydendən İranla bağlı QƏRAR: Müddət uzadıldı
-
Kriminal02:00
Qadınları intim əlaqə adı ilə çağırıb dəhşət yaşadan FƏHLƏ - VİDEO
-
Qoroskop00:25
Günün qoroskopu: Tələsik davransanız, problemlər yaranacaq
-
Kriminal1 Noyabr 23:35
Vəhşicəsinə qətlə yetirilən Narin Güranın sümüklərini sızladan hadisə: Ailəsinin kefi kökdür - VİDEO
-
Nəqliyyat1 Noyabr 22:26
Metro istifadəçilərinin nəzərinə! - Noyabrın 4-də...
-
Dünya1 Noyabr 22:14
İsraildən HƏMAS-a daha bir zərbə: Kassab öldürüldü
-
Nəqliyyat1 Noyabr 21:00
Postlar qurulacaq, maşınlar şəhərə fasilələrlə buraxılacaq
-
Magazin11 Noyabr 20:30
"Komedixana"nın aktrisaları toyda elə rəqs etdilər ki... - VİDEO